İQTİSADİYYAT


Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın tərkibi genişləndirilib

Bakı, 8 may, AZƏRTAC

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi təsdiq olunub.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 3 may tarixli Fərmanına əsasən, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibi genişləndirilib. Belə ki, Komissiyanın tərkibinə – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (sədr), energetika, vergilər, maliyyə, iqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini də daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.