SİYASƏT


Hava Hücumundan Müdafiə Qoşunlarının növbəti hərbi hissəsi istifadəyə verilib

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə Qoşunlarının yeni inşa edilmiş N nömrəli hərbi hissəsinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi hərbi hissənin qərargahı, əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, sıra meydanı, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Sonra müdafiə naziri döyüş idarəetmə məntəqəsinə gələrək orada quraşdırılmış çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, tərkibi, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə edilib ki, hərbi hissənin sərəncamında olan ən müasir silah və döyüş texnikası aerodinamik hədəflərin və ballistik raketlərin, eləcə də bütün növ digər hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Peşəkar bacarıq və bilik nümayiş etdirən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirən müdafiə naziri Hərbi Hava Qüvvələrinin komandanlığına müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.