SİYASƏT


Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib VİDEO

Bakı, 30 noyabr, AZƏRTAC

Bu il üçün döyüş hazırlığı planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atışların əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava Hücumundan Müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkarlanan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.