SİYASƏT


Hava Hücumundan Müdafiə bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Bakı, 29 aprel, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr təyin edilmiş rayonlara çıxarılıb. Şərti düşmənin hava hədəflərinin aşkarlanması və verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.