CƏMİYYƏT


Hava dəyişkənliyinin orqanizmə təsiri

Bakı, 6 iyul, AZƏRTAC

Havanın dəyişkən olması insan orqanizminə təsirsiz ötüşmür. Bu cür hava ürək-damar xəstəlikləri olanlara mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, havanın qəfil dəyişməsi insanlarda bioloji və zehni problemlər yaradır.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Günay İsmayılovanın dediyinə görə, belə havalarda hər kəs özü-özünün həkimi olmalı və özünü müşahidə altında saxlamağı bacarmalıdır: “Havanın orqanizmə birbaşa təsiri var. Təmiz hava ilə nəfəs almaq sağlamlıq üçün çox faydalıdır. Bu, orqanizmin bütün hüceyrə və toxumalarını qoruyur, bundan başqa əsasən ürək-damar və beyin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir. Meteohəssaslıq qısa müddətli başağrısı, yorğunluq, ürəkdöyünmə və ümumi zəifliklə özünü daha çox büruzə verir”.

Hava bəzən insanlara psixoloji baxımdan da mənfi təsir göstərir. Psixoloq Rafiq Allahverdiyevin dediyinə görə, yayda Günəş şüası çoxalır, buxarlanma həddindən artıq çox olduğuna görə sanki oksigen azalır: “Çox vaxt yay aylarında insanlar işləyəndə, yorulanda, yaxud uzaq bir məsafəni piyada qət edəndə hava çatışmazlığı hiss edirlər. Onlara məşğul olduqları sahədə yorulduqlarını və istirahət etməyə ehtiyac olduğunu bildirirlər. Əslində eyni iş sistemi, eyni iş prinsipi payızda, qışda, yazda da olur, lakin həmin fəsildə o qədər də istirahətə meyilli olmurlar. Yayda ruh düşkünlüyü, hansısa bir uğursuzluqdan dərhal depressiyaya düşmək, başladığı işi yarımçıq qoymaq halı ilə daha tez-tez üzləşmə baş verir”.

Psixoloqların qənaətinə görə, insan hansı fikri özünə yaxın buraxırsa, ətrafa da o cür enerji yayır. Pozitiv düşünəndə xoş, neqativ düşünəndə isə mənfi hadisələrlə üzləşir. Ona görə də havadan asılı olmayaraq həmişə pozitiv düşünməyə çalışmaq lazımdır ki, ətrafa da müsbət enerji yayılsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.