SİYASƏT


Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib VİDEO

Bakı, 23 avqust, AZƏRTAC 

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq, ümumqoşun birliklərinin hava hücumundan müdafiə vasitələri döyüş atışlarını yerinə yetirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkarlanaraq məhv edilib. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.