İQTİSADİYYAT


Hava limanı istiqamətində sürət həddi saatda 20 kilometr azaldılıb

Bakı, 18 avqust, Elvin Camalov, AZƏRTAC

Hava limanı istiqamətində sürət həddi saatda 20 kilometr azaldılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, hava limanından şəhər istiqamətində (Buta sarayın qarşısında) ağır yol nəqliyyat hadisəsi baş verib. Hazırda yolda tıxac var. Bu səbəbdən həmin istiqamətdə sürət həddi bütün zolaqlar üzrə saatda 20 kilometr endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.