İQTİSADİYYAT


Hava limanı istiqamətində yollarda sürət həddi endirilib

Bakı, 18 dekabr, Elvin Camalov, AZƏRTAC

Hava limanı istiqamətində yollarda sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.