CƏMİYYƏT


Hava şəraiti ilə əlaqədar Badamdar sürüşmə sahəsində uçqunların davam edəcəyi gözlənilir

Bakı, 17 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardıqları tədqiqatın saat 12:00-a olan nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamacboyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.