CƏMİYYƏT


Havalar soyuduqca S vitamini ilə zəngin qidalara üstünlük verilməlidir

Bakı, 23 sentyabr, AZƏRTAC

Rasionun düzgün təşkil olunmaması və qeyri-sağlam qida məhsulu müxtəlif problemlərin yaranmasına zəmin yaradır. Protein, şəkər, yağ, mineral və vitaminlər ehtiyac duyduğumuz beş əsas qida ünsürüdür. Orqanizm həmin maddələri ət, yumurta, taxıl, tərəvəz və onlardan hazırlanan müxtəlif təbii içkilərdən alır.

AZƏRTAC xəbər verir ki, son illərdə aparılan araşdırmalar göstərir ki, həmin qidaların tərkibində liflərin səhhətimizin qorunması və xəstəliklərin profilaktikası baxımından əhəmiyyəti böyükdür.

Yayın ən çox sevilən bostan bitkiləri qarpız və yemişin ləti həzm sistemi, qaraciyər xəstəlikləri və əsəb pozğunluğu problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.

Şaftalı, əncir, üzüm və gavalı kimi vitaminlərlə zəngin yay meyvələri müxtəlif xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir.

Sulu meyvələrdən üzüm, şaftalı və gavalının çoxluq təşkil etdiyi isti yay aylarından fərqli olaraq havalar soyuduqca S vitamini ilə zəngin narıngi və portağalla qidalanmaq soyuq qış aylarına hazırlıq xarakteri daşıyır.

Alma isə insanın ömrünü uzadır, ürək-damar sisteminin işinə müsbət təsir göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri