CƏMİYYƏT


Havanın temperaturu iqlim normasını 1.5 dərəcə ötüb

Bakı, 14 iyul, AZƏRTAC 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 14-ü səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağışın miqdarı Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollarda 45, Gədəbəydə 35, Daşkəsəndə 16, Göygöldə 13, Xınalıqda 10, Qrızda 6, Balakən, Ordubadda 4, Şahdağ, Ağdərə (Ordubad), Sədərəkdə 2, Tərtər, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Naxçıvanda 1 millimetrədək olub. Leysan xarakterli yağış nəticəsində Yuxarı-Ağcakənd ərazisində Gorançaydan, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollardan, Gədəbəy rayonu Şəmkirçay-Qalakənddən, Şəmkir Mansırlıdan, Əsrikçay Ədrikçırdaxamdan, Qəbələ rayonu Vəndam çayından sel keçib.

Havanın temperaturu iqlim normasını 1.5° ötüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35°, Aran rayonlarında 33-37°, dağlıq rayonlarda 25°-dək, Naxçıvan Muxtar Respublikasında 29-33° isti olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.