MƏDƏNİYYƏT


Havay adalarının ən gözəl çimərliklərindən biri - Mauna Kea

Bakı, 1 oktyabr, AZƏRTAC

Mauna Kea çimərliyi heyrətamiz dərəcədə gözəl qızılı qumlu çimərlikdir. Bura Havay adasındakı bütün böyük çimərliklərin ən gözəllərindən biridir.

AZƏRTAC xəbər verir ki, uzun və geniş Mauna Kea çimərliyi sahilboyu gəzintilər üçün möhtəşəmdir, həmçinin üzgüçülük üçün də yaxşıdır. Suyu dayaz olduğu üçün orada çimmək uşaqlar və ya üzməyə yeni başlayanlar üçün rahat və asandır. Suda bir xeyli irəliyə doğru getməyə baxmayaraq, dərinlik insanın bel nahiyəsinə qədər çatır.

Qeyd edək ki, çimərlik Mauna Kea Beach mehmanxanası ilə əlaqəli olduğundan, oralara yay aylarında insan axını daha çox olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.