DÜNYA


“Hays Travel” şirkəti “Thomas Cook”un bütün biznesini satın alır

Bakı, 9 oktyabr, AZƏRTAC

“Hays Travel” səyahət şirkəti iflasa uğramış “Thomas Cook” kompaniyasının Böyük Britaniyada 555 ticarət nöqtəsindən ibarət bütün pərakəndə biznesini satın alır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə müvafiq bəyanat “Thomas Cook” kompaniyası tərəfindən səsləndirilib, lakin sövdələşmənin məbləği açıqlanmayıb. “Hays Travel” kompaniyasının qərarı 2,5 min iş yerini xilas edə bilər.

Xatırladaq ki, Britaniyanın ən qocaman turistik operatoru “Thomas Cook” sentyabrın 23-də iflasa uğradığını və bütün britaniyalı müştərilərinin ölkəyə qaytarılmasının ardından ləğv olunacağını elan edib. Həmin vaxt təxminən 160 mini Britaniya vətəndaşı olan 600 min nəfərə yaxın insan kompaniyanın göndərişi ilə xaricdə dincəlirdi. Onların repatriasiyası oktyabrın 7-də başa çatıb. “Thomas Cook” kompaniyasının ləğv olunması səbəbindən 9 min nəfər işsiz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.