CƏMİYYƏT
Hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparılır
Bu il ölkəmizə repatriasiya olunmuş 122 şəxs sosial reabilitasiyaya cəlb edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə ölkəmizə qaytarılmış 122 repatriant sosial reabilitasiya və reinteqrasiya xidmətlərinə cəlb olunub.
Agentliyin əməkdaşları tərəfindən onlarla bağlı sosial-psixoloji dəstək tədbirləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda ümumilikdə152 ailə üzrə 409 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu sahədə iş aparılır.
Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.