CƏMİYYƏT
Hazırda Balakənçay, Katexçay və Talaçayda sel və daşqın müşahidə olunur
Bakı, 23 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay və Talaçayda (Zaqatala ) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.
Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144, Balakəndə 137 (aylıq normanın 161 faizi), Əlibəydə 120 (aylıq normanın 100 faizi), Zaqatalada 94 (aylıq normanın 110 faizi), Sarıbaşda (Qax) 3, Qusar, Göygöldə 2, Kişçay (Şəki), Astara, Quba, Xaltan (Quba), Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1 millimetrədək olub.
Sentyabrın 22-də cənub-şərq küləyi əsib, Ağstafada 20, Cəfərxan, Naftalan, Tərtərdə 18 metr/saniyəyədək güclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]