DÜNYA


Hazırda İtaliyanın təbii qaz anbarlarının 60 faizi doludur

Roma, 3 iyul, AZƏRTAC

İtaliya təbii qazın anbarlarda saxlanılması istiqamətində sabit templə irəliləyir və hazırda anbarların təxminən 60 faizi doludur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani deyib.

“Rusiya İtaliyaya təbii qaz nəqlini 15 faiz azaldıb. Həmçinin hazırda təmirlə əlaqədar “Şimal axını” boru kəməri 2 həftə müddətinə bağlanıb. Bu o deməkdir ki, daha az qaz həcmləri olacaq və qaz bazarı spekulyativ olduğu üçün bu, qiymətlərin artacağı deməkdir. İtaliya təbii qaz rezervlərinin artırılması istiqamətində çalışır. Çox nizamlı sürətlə irəliləyirik və anbarlarımızın təxminən 60 faizi doludur. Hədəfimiz bu nisbəti 90 faizə çatdırmaqdır”, - deyə nazir qeyd edib.

Çətin bir qış fəsli keçirmə riskinin olduğunu deyən R.Cinqolani Rusiyanın qaz nəqlini tamamilə dayandıracağı təqdirdə bunun Avropanın digər ölkələrindən fərqli olaraq İtaliyaya daha az təsir göstərəcəyini bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.