DÜNYA


Hazırda Türkiyədə 116 mindən çox tarixi abidə mövcuddur

İstanbul, 3 may, AZƏRTAC

Son illər ərzində çox sayda tarixi abidənin aşkarlandığı Türkiyədə milli-mədəni sərvətin əsasını təşkil edən tarixi ərazi və abidələrin qorunmasına xüsusi diqqət yetirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumata əsasən, hazırda qardaş ölkədə qeydiyyatdan keçirilən 116 min 217 daşınmaz tarixi-mədəniyyət varlığı və 21 min 23 qoruq var. Hələ də araşdırılması davam edən tarixi abidələrin sayı isə hər gün artmaqda davam edir. Ölkədəki bütün bu mədəni sərvətlərin qorunması istiqamətində fəaliyyətlər milli qanunvericiliklə yanaşı, UNESCO-nun, Beynəlxalq Abidələr və Yerlər Şurasının (ICOMOS), Beynəlxalq Mühafizə və Bərpa Tədqiqatları Mərkəzinin (ICCROM) qaydaları, prinsipləri və təlimatları çərçivəsində həyata keçirilir. Nazirlik tərəfindən aparılan bu bərpa işlərinin təməl prinsipi isə ən az müdaxilə ilə restavrasiyasını tamamlamaqdır.

Hazırda qardaş ölkədə əsas arxeoloji qazıntılar qədim şəhərlərin gün üzünə çıxarılması istiqamətində aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.