İDMAN
Hazırda fəaliyyətdə olan 7 pilotun adı Formula 1-in ən nüfuzlu 100 nümayəndəsinin siyahısına daxil edilib
Bakı, 3 iyun, AZƏRTAC
“Paddock Magazine” nəşri 2019-cu ildə Formula 1 çempionatının ən nüfuzlu 100 nümayəndəsinin siyahısını dərc edib. Siyahıya hazırda fəaliyyətdə olan 7 pilotun adı daxil edilib.
AZƏRTAC xəbər verir ki, onların arasında ən yüksək pilləni 21-ci yerdə qərarlaşan beşqat dünya çempionu, “Mercedes”in pilotu Lyuis Hamilton tutur.
33-cü sırada dördqat dünya çempionu, “Ferrari”nin pilotu Sebastian Fetteldir. “Red Bull”un lideri Maks Ferstappen 44-cü, Hamiltonun komanda yoldaşı Valtteri Bottas 49-cu yeri tutublar. “Ferrari”nin yeni pilotu Şarl Lekler siyahıda 53-cü sətirdə qərarlaşıb.
2007-ci il mövsümünün dünya çempionu Kimi Raykkonen 63-cü yerdədir. Hazırda fəaliyyətdə olan pilotların reytinqində sonuncu yeri “Renault” komandasının nümayəndəsi, siyahıda 72-ci sırada olan Daniel Rikkardo tutur.
Formula 1-in ən nüfuzlu 100 nümayəndəsinin siyahısında “Liberty Media”nın rəhbəri Çeyz Keri liderlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]