CƏMİYYƏT
Hazırda ölkəmizdə tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur
Bakı, 31 iyul, AZƏRTAC
Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin bölüşdürülməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva bu gün keçirilən virtual mətbuat konfransında deyib.
TƏBİB-in departament rəhbərinin sözlərinə görə, bütün dünyada belə praktika mövcuddur: “Koronavirus xəstəliyi yeni olduğundan müxtəlif ölkələrdə xəstəliyə fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bununla bağlı təcrübə mübadiləsi aparılır. Virusun özünün necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Ona görə də hazırlıqlı olmağa çalışırıq. Əgər lazım olarsa, daha çox həkim cəlb edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]