CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyona yaxınlaşıb

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 min 286 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4702, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14584 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 536 min 328-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 980 min 5, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 556 min 323 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.