CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyona yaxınlaşır

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 705 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 850, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 8 min 855 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 816 min 346-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 842 min 954, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 973 min 392 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.