CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 950 minə yaxındır

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 37 min 162 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 670, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 min 492 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 662 min 38-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 712 min 118, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 949 min 920 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.