CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 979 min 837 nəfərdir

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22 min 976 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 16 min 531, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6 min 445 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 839 min 322-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 859 min 485, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 979 min 837 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.