CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 500 minə yaxınlaşıb

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 639 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6328, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 10311 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 488 min 218-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 966 min 132, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 522 min 86 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.