CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 705 min 906-ya bərabərdir

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18 min 339 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3783, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14 min 556 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 705 min 906-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 9 min 487, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 696 min 419 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.