CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 700 minə yaxındır

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 466 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 394, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 72 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 624 min 876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 679 min 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 min 428 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.