İQTİSADİYYAT


Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər VİDEO

Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, təşkil edilən avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək işğaldan azad olunmuş ərazilərə gedib oradakı mövcud vəziyyəti öz gözləri ilə görə bilərlər.

“Hazırda ziyarət edənlərin həmin ərazilərdə qalması nəzərdə tutulmayıb, ziyarətçilər getdikləri gün də qayıtmalı olacaqlar. Bərpa və quruculuq işlərinin gedişatından, minalardan təmizləmə prosesindən asılı olaraq, bu müddətin artırılması mümkündür. Həmçinin gələcəkdə xarici vətəndaşlar da bu avtobus reyslərindən istifadə edə biləcəklər”, - deyə nazir müavini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.