DÜNYA


Hebeydə COVID-19 xəstələri üçün mobil xəstəxanaların inşası yekunlaşır VİDEO

Pekin, 23 yanvar, AZƏRTAC 

Çində COVID-19 infeksiyasının yeni ocaqlarından olan Hebey vilayətində virusa yoluxanların və yoluxmaqda şübhəli bilinənlərin təcrid edilməsi üçün quraşdırılan mobil xəstəxanalardan birinin inşası başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, mobil xəstəxana Hebey vilayətinin paytaxtı olan Şıciacuan şəhərinin Huancuan kəndində inşa olunur. Ümumilikdə 606 otaqdan ibarət olacaq xəstəxananın birinci fazası hazırdı və səlahiyyətli qurumlara təhvil verilib. Ümumilikdə 30 hektardan çox ərazini əhatə edən xəstəxananın ikinci fazasının inşaat-quraşdırma işləri 3 növbəli iş rejimində davam etdirilir.

Şıciacuan şəhərinin Quyin kəndində, habelə vilayətin Nanqon şəhərində də mobil xəstəxanalar inşa olunur. Bundan başqa, Hebeydə yoluxmaqda şübhəli bilinənlərin yerləşdirilməsi üçün 458 məkan ayrılıb. Həmin binalarda 34 mindən çox sakin yerləşdirilib.

Qeyd edək ki, Çində COVID-19 xəstələri üçün qısa müddətdə mobil xəstəxanaların quraşdırılması ənənəsinin əsası ötən ilin yanvar-fevralında virusun sürətlə yayıldığı Hubey vilayətində qoyulub. O zaman Hubey vilayətinin paytaxtı Uxanda 1000 və 1600 çarpayılıq Leyşenşan və Huoşenşan xəstəxanaları 7-10 gün ərzində inşa edilmişdi.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.