İDMAN


Həbib Nurmaqomedov UFC reytinqində geriləyib

Bakı, 10 yanvar, AZƏRTAC

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə yeni reytinqi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, rusiyalı Həbib Nurmaqomedov reytinqində bir pillə geriləyib. Otuz yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb.

Konor Makqreqor da bir pillə geriləyib, o hazırda 9-cu yerdədir.

Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.