İDMAN
Həbib Nurmaqomedov ilə Konor Makqreqor arasında keçiriləcək döyüşün biletləri üç dəqiqəyə satılıb
Bakı, 18 avqust, AZƏRTAC
Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurmaqomedov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 6-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək döyüşün biletləri üç dəqiqə ərzində satılıb.
AZƏRTAC xəbər verir ki, biletlərin qiyməti 205-2505 dollar arasında dəyişib. Bu qarşılaşma ABŞ-ın Milli Hokkey Liqasında çıxış edən “Vegas Golden Knights” klubunun arenasında baş tutacaq.
Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə dünya çempionu kəmərini müdafiə edəcək.
UFC versiyası üzrə dünyanın ən güclü idmançılarından hesab edilən irlandiyalı Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]