İDMAN


Həbib Nurmaqomedov karyerasını başa vurmağı düşünmür

Bakı, 26 noyabr, AZƏRTAC

Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə dünya çempionu Həbib Nurmaqomedov Moskvada təşkil edilən mətbuat konfransında idman karyerasını başa vurmağı düşünmədiyini bildirib.

AZƏRTAC “Sport.ru”ya istinadla xəbər verir ki, idmançı bu barədə deyib: “Mən hər döyüşə sanki sonuncu dəfə rinqə çıxan kimi gedirəm. Amma sonra özümü yeni döyüşə kökləyirəm. Əlbəttə, idman karyeramı bitirməyi düşünürdüm. Mənim 30 yaşım var. Vaxtında getməyi bacarmaq lazımdır. Çünki daha iddialı və gənc döyüşçülər yetişirlər. Hər bir insanın əldə edə biləcəyi zirvə var və həmişə həmin zirvəyə qayıtmaq mümkün olmur. Hələ ki, karyeramı davam etdirir və onu bitirməyi düşünmürəm”.

Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. Rusiyalı döyüş ustası qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.