İDMAN


Həbib Nurməhəmmədov 2021-ci ilin aprelində Jorj Sen-Pyer ilə döyüşəcək

Bakı, 29 iyul, AZƏRTAC

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov 2021-ci ilin aprelində kanadalı idmançı Jorj Sen-Pyer ilə döyüşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyində məlumat verilib.

Bundan əvvəl H.Nurməhəmmədov ilə amerikalı Castin Getji arasında döyüş oktyabrın 24-də olacaq.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Otuz bir yaşlı idmançı karyerası ərzində keçirdiyi 28 döyüşün hamısında qalib gəlib.

Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Tony Ferqyusonu texniki nokautla məğlub edib. O, keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.