İDMAN
Həbib Nurməhəmmədov UFC reytinqində ikinci yerdə qərarlaşıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Qarışıq döyüş növləri üzrə ən güclü idmançılardan hesab edilən rusiyalı Həbib Nurməhəmmədov təşkilatın reytinq siyahısında ikinci yerdə qərarlaşıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə mütləq döyüş çempionatının (UFC) mətbuat xidməti məlumat yayıb.
Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir. Siyahıda üçüncü yerdə amerikalı Henri Sexudo qərarlaşıb.
Xatırladaq ki, sentyabrın 7-də Həbib Nurməhəmmədov üçüncü raundda boğucu fəndlə amerikalı Dastin Porye üzərində qələbə qazanaraq ikinci dəfə UFC çempionu titulunu qoruya bilib. Bu, indiyə qədər heç bir döyüşü uduzmayan 30 yaşlı dağıstanlı idmançının 28-ci qələbəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]