İDMAN


Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüş tamaşaçıların iştirakı ilə keçirilə bilər

Bakı, 14 oktyabr, AZƏRTAC

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş tamaşaçıların iştirakı ilə keçirilə bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda tamaşaçıların görüşə necə cəlb ediləcəyi ilə bağlı müzakirələr aparılır. Məlumatda qeyd edilir ki, bu zaman sağlamlıq və təhlükəsizlik prioritet olaraq qalacaq.

Qeyd edək ki, H.Nurməhəmmədov və C.Getji arasında döyüş oktyabrın 24-də təşkil olunacaq.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.