İDMAN


Həbib Nurməhəmmədovun Castin Getji ilə döyüşünün vaxtı müəyyənləşib

Bakı, 29 iyul, AZƏRTAC

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov oktyabrın 24-də təşkilatın müvəqqəti çempionu amerikalı Castin Getji ilə döyüş keçirəcək.

AZƏRTAC xəbər verir ki, bunu CNN telekanalının efirində UFC-nin rəhbəri Deyna Uayt açıqlayıb.

Onların döyüşü, əvvəlcə sentyabrın 19-a planlaşdırılsa da, sonradan Rusiya komandası qarşılaşmanın baş tutmayacağını bildirmişdi. İyulun 3-də UFC çempionunun atası, həmçinin məşqçisi Abdulmanap Nurməhəmmədov koronavirus infeksiyasından sonra səhhətində yaranan problemlərə görə dünyasını dəyişib.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Tony Ferqyusonu texniki nokautla məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.