REGİONLAR
Heç bir təxribatçı qüvvə birliyimizi poza bilməyəcək
Sumqayıt, 15 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Vətən və millət uğurunda canlarından keçmiş şəhidlərimizin əziz ruhlarını hörmətlə yad edirəm. Erməni işğalçılarının Azərbaycan torpaqlarını yenidən qəsb etmə cəhdinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən peşəkarlıqla alınıb. Əsgərlərlə bərabər ön cəbhədə savaşaraq bu millət, bu Vətən üçün şəhid olan general-mayor Polad Həşimovun və digər şəhidlərimizin şəhadəti bizi üzməklə yanaşı, qürurlandırdı. Eyni zamanda, vətəndaşların dövlətə və ordumuza möhtəşəm dəstəyi isə gücümüzə güc qatdı.
Bu fikri AZƏRTAC–a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Milli Məclisin deputatı deyib: “Dünən bütün gün Sumqayıt sakinləri ayaqüstə olub. Minlərlə şəhər sakini 13-cü mikrorayona üz tutaraq unudulmaz qəhrəmanımız, general-mayor Polad Həşimovun yaşadığı evin önünə toplaşıb, nəşini gözləyirdi. Hamı şəhid generalımızla vidalaşmaq üçün buraya tələsirdi. Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq, hər kəsin bir olması əslində dövlətlə xalqın birliyinin bariz nümunəsi idi”.
M.Məmmədli diqqətə çatdırıb ki, bu, bütün dünyaya birliyimizin gücü̈nün istənilən an işğal altındakı torpaqları azad etmək əzmində olduğunu göstərdi. Bəzi qüvvələrin təxribatçı hərəkətləri isə heç̧ bir nəticə verməyəcək və bu birliyi poza bilməyəcək.
“Milli Məclis Azərbaycan vətəndaşının azad iradəsi ilə seçilmiş̧ deputatların təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri var. Millətin təmsil olunduğu dövlət qurumuna daxil olaraq təxribat törədənlər qanunvericiliyə uyğun səkildə cəzalandırılmalıdırlar. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək”, - deyə deputat qeyd edib.