DÜNYA
Hedc-fondların bir hissəsi "Deutsche Bank" ilə əməkdaşlığı azaltmaq qərarına gəlib
Bakı, 1 oktyabr, AZƏRTAC
Frankfurt birjasının açılışından sonra Almaniyanın ən iri banklarından olan "Deutsche Bank"ın səhmləri 9 faiz, Nyu-York birjasında isə 6,67 faiz aşağı düşüb.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq bəzi hedc-fondlar "Deutsche Bank"dan aktivlərinin bir hissəsini çıxarmaq qərarına gəliblər. On hedc-fond, o cümlədən, "Rokos Capital Management", "Capula Investment" və "Millennium Partners" "Deutsche Bank" ilə əməkdaşlığı azaltmaq qərarı qəbul ediblər. Bu məlumatların fonunda Frankfurt birjasında hərracların yekunlarına əsasən, maliyyə təşkilatının aksiyası sentyabrın 29-da 7,16 faiz azalıb, sentyabrın 30-da isə daha 2 faiz aşağı düşüb. Nyu-York birjasında isə 6,67 faiz enmə müşahidə olunub. Vəziyyətlə əlaqədar olaraq "Deutsche Bank"da Amerika və Avropa fond indeksləri də enib.