ELM VƏ TƏHSİL


Hədəf kurslarında 60 şagirdə ödənişsiz təhsil veriləcək

Bakı, 10 may, AZƏRTAC

“Hədəf” kurslarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş təqaüd imtahanının mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə 4 şagird təqaüd, 60 şagird ödənişsiz, 14 şagird isə 70 faiz güzəştlə təhsil almaq şansı qazanıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, giriş sözü ilə çıxış edən “Hədəf” şirkətlər qrupunun baş direktoru Şəmil Sadiq bu bilik yarışının əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına xüsusi önəm verdiyini qeyd edən baş direktor dövlət başçısı İlham Əliyevin təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirdiyini bildirib.

“İdarə heyəti olaraq qərara aldıq ki, builki ənənəvi təqaüd imtahanlarımızı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edək və daha çox istedadlı şagirdə dəstək verək”, – deyə Şəmil Sadiq qeyd edib.

Sonra “Hədəf” kurslarının elm və tədris işləri departamentinin direktoru Elxan Nəcəfov təqaüd-güzəşt imtahanı barədə məlumat verib. Bildirib ki, təqaüd imtahanında Azərbaycan və rus bölməsi olmaqla 5000-ə yaxın şagird iştirak edib.

Sonda “Hədəf” kurslarının filial müdirləri tərəfindən uğur qazanan şagirdlərə təqaüd-güzəşt kuponları və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.