MƏDƏNİYYƏT
“Hədəf” kurslarından Gənclər Günü ilə bağlı orijinal layihə
Bakı, 3 fevral, AZƏRTAC
“Hədəf” kursları Gənclər Günü münasibətilə orijinal layihəyə imza atıb. Belə ki, 15 gənc “Sosial işçi” (məktəblinin dostu) vakansiyası üzrə işə qəbul edilib.
Layihənin ideya müəllifi, “Hədəf” kursları həmtəsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq AZƏRTAC-a bildirib ki, 150-dən çox namizəd arasından seçilən gənclər bir aylıq təcrübə müddətində yerdəyişmə ilə günün birinci yarısı müxtəlif mövzularda təlimlərə cəlb ediləcək, günün ikinci yarısı isə “Hədəf”in filiallarında təcrübə keçəcəklər.
Ş.Sadiq “Sosial işçi” proqramında gənclərin milli-mənəvi dəyərlərə sadiqliyi, sosial fəaliyyətləri, yaradıcı, yeniliyə açıq olması, komanda şəklində işləmə bacarığı, intellekti nəzərə alınaraq seçildiyini deyib. O bildirib ki, əsas məqsəd həm də gənclərin iş yerləri ilə təmin olunmasıdır.