İQTİSADİYYAT


Hədiyyə kartları vergiyə cəlb olunurmu?

Bakı, 25 sentyabr, AZƏRTAC

Pərakəndə və topdansatış ilə məşğul olan müəssisə (ƏDV ödəyicisi) müştərilərə həm də 50 və ya 100 manat dəyərində hədiyyə kartı satır və onlar sonradan bu kartla mal alırlar. Bu əməliyyat vergiyə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, müştəriyə satılan hədiyyə kartına görə əldə olunan vəsaitlə bağlı nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda, müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Təqdim edilən hədiyyə kartının dəyəri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.