REGİONLAR


“Hədiyyə karvanı” Kürdəmirdə

Kürdəmir, 9 iyun, AZƏRTAC

“YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşan “Hədiyyə karvanı”nın növbəti ünvanı Kürdəmir olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Qarabağ müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onların övladlarına hədiyyələr veriblər. Görüşlərdə rayon icra hakimiyyətinin, Kürdəmir regional “ASAN xidmət” Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Ziyarət zamanı şəhid ailələri onlara, övladlarına göstərilən diqqət və qayğıya, hörmət və ehtirama görə “Hədiyyə karvanı”nın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” layihəsi iyunun 13-dək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər ediləcək və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.