İQTİSADİYYAT


Hədiyyə, maddi yardım və miraslar hansı hallarda gəlir vergisindən azaddır?

Hədiyyə, maddi yardım və miraslar hansı hallarda gəlir vergisindən azaddır?

Bakı, 12 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsində təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların gəlir vergisi ilə bağlı güzəştlər də öz əksini tapıb.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Məcəlləyə əsasən, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20 min manatadək olan hissəsi, hədiyyə, maddi yardım və miras vergiödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azad edilir.

Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.