“Hədiyyəli kredit” lotereyasının birinci tirajının qalibləri müəyyən olunub
AzerTAg.az
Bakı, 12 avqust (AZƏRTAC). “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının “Hədiyyəli kredit” lotereyası çərçivəsində birinci tirajın qalibləri müəyyənləşib.
“FINCA Azerbaijan”dan AZƏRTAC-a bildiriblər ki, qaliblər iyulun 7-dən avqustun 6-dək bankdan kredit götürmüş müştərilər arasından xüsusi proqram vasitəsilə seçilib. Nəticələrə əsasən, bu tirajda lotereyada oynanılan 256 ədəd müxtəlif hədiyyədən 128-nin sahibləri bəlli olub.
Tirajın nəticələri haqqında ətraflı məlumatla www.fincaazerbaijan.com saytından tanış olmaq mümkündür.
Qeyd edək ki, “Hədiyyəli kredit” lotereyası iyulun 7-dən sentyabrın 5-dək bankdan kredit götürən müştərilərə şamil olunur. Növbəti tirajın sentyabrın 10-da keçirilməzi nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var