MƏDƏNİYYƏT


Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu

Paris, 23 mart, AZƏRTAC

Möhtəşəm konsert oldu. Fövqəladə bir xanəndə tanıdım. Ənənəvi musiqiyə uyğun xüsusi səhnə yaradılmışdı, səhnə dekorasiyası valehedici idi. Xanəndənin jestləri musiqiyə, onun ruhuna uyğun idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş qərargahında keçirilən “Yeddi gözəl” konsertinin dinləyicisi, qurumun “Sülh naminə incəsənət xadimi” Hedva Ser deyib.

Qeyd edib ki, unudulmaz və unikal bir konsert oldu. “Bizə xoş anlar yaşatdıqları üçün xanəndəyə, musiqiçilərə, eləcə də bu konsertin təşkilatçılarına minnətdarıq. Belə konsertlər mədəniyyəti daha yaxından tanımağa imkan yaradır. Bu xalqın ənənəvi musiqisidir. Onu qoruyub nəsildən–nəslə ötürmək vacibdir”,-deyə H. Ser söyləyib.

O, belə musiqi nümunələrinin nadir olmasına baxmayaraq, konsertin əvvəlindən bu musiqi ilə yaşadığını və onun yaratdığı aləmə qərq olduğunu vurğulayıb. Muğamı çox sevdiyini diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.