MƏDƏNİYYƏT


Həftəsonu Musiqili Teatrda maraqlı tamaşalar göstəriləcək

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək.

Sənət ocağından AZƏRTAC-a bildirilib ki, oktyabrın 20, 21, 22-də saat 12.00 və 19.00-da “O olmasın, bu olsun”, “Düyməcik”, “999-cu gecə”, “Meşə çaqqalsız olmaz” və “Qızıl cücə” tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Nadir Xasıyev, Ağaxan Şərifov və digərlərini görə biləcəklər.

Qeyd edək ki, “Düyməcik”, “Qızıl cücə” və “Meşə çaqqalsız olmaz” tamaşaları teatrın rusdilli və balaca tamaşaçıları üçün nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.