CƏMİYYƏT


Həftəsonu istirahətə gedənlər üçün hava proqnozu açıqlanıb

Bakı, 6 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 7-də ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6° enəcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Böyük və Kiçik Qafqaz bölgəsinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31°, dağlıq rayonlarda isə 23-28° isti olacaq.

Həftəsonunda Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 30-35° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında hava şəraiti günəşli olacaq. İyulun 7-də qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 35-40° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 35-40° isti olacağı ehtimalı var.

Paytaxtda hava yağmursuz keçəcək. İyulun 7-dən iyulun 8-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36° isti olacaq.

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.