CƏMİYYƏT


Həftəsonunadək hava durğun və bürkülü olacaq

Bakı, 18 avqust, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitini az qradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edəcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, zəif cənub-şərq küləklərinin üstünlüyü havanın durğun və bürkülü keçməsinə səbəb olacaq.

Əsasən axşam saatlarında havada rütubətin daha yüksək olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-38° isti olduğu halda, sinoptik şəraitlə əlaqədar 40-41° isti kimi hiss olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.