CƏMİYYƏT


Həftəsonunda əsl istirahət havası olacaq

Bakı, 22 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, həftəsonunda əsl istirahət havası olacaq.

Böyük və Kiçik Qafqaz bölgəsində günün əksər saatlarında hava şəraiti yağmursuz keçsə də, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə isti olacaq.

Departamentdən AZƏRTAC-a bildirilib ki, Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturunun 22-27 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında hava şəraiti isti, günəşli olacaq. Havanın maksimal temperaturunun 33-38 dərəcə isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturunun 32-37 dərəcə isti olacağı bildirilir.

Paytaxtda isə hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.