CƏMİYYƏT


Heidelberg Universitetinin rəhbərliyi Azərbaycan Tibb Universitetinin qonağı olub

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Almaniyanın Heidelberg Universiteti, Manhaym Universitet Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru, professor Kristof Raisfelderi qəbul edib.

AZƏRTAC ATU-ya istinadla bildirir ki, görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə birgə icra etdiyi elmi araşdırma layihəsinin icrası, birgə keçirilən konfransın nəticələri ilə bağlı müzakirə aparılıb. Eyni zamanda, iki təhsil müəssisəsi arasında rezidentlərin rotasiyası, müştərək elmi tədqiqatların həyata keçirilməsi, yeni əməkdaşlıq layihələrinin aparılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Manhaym Tibb Mərkəzi Almaniyanın tibb təhsili verən aparıcı üç ali məktəbindən biri olan Heidelberg Universitetinin tərkibinə daxildir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə PAGEL proqramı çərçivəsində birgə layihə icra edir. 2024-cü ilədək davam edəcək layihə çərçivəsində cərrahiyyə üzrə həm tibb təhsili, həm də elmi araşdırmaların aparılması əhatə edir. Layihə çərçivəsində bir neçə gün əvvəl ATU-da alman mütəxəssislərinin iştirakı ilə “Cərrahi əməliyyatdan sonra erkən bərpa (ERAS) konsepsiyasının Azərbaycanda tətbiqi imkanları“ mövzusunda konfrans da keçirilib.

Layihə çərçivəsində qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentləri, gənc həkimlərin mübadiləsinin aparılması nəzərdə tutulub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.