SİYASƏT


Heidi Hautala: Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməlidirlər

Kiyev, 2 noyabr, AZƏRTAC

Avropa Parlamentinin vitse-prezidenti xanım Heidi Hautala qurumun üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etməli olduqlarını bildirib.

AZƏRTAC xəbər verir ki, Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı H.Hautala deyib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, təkliflərlə çıxış edirlər. Ancaq digər beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilərlər.

“Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, ancaq düşünürəm ki, Avropa Parlamentinin üzvləri bu münaqişənin həlli ilə bağlı müzakirələrdən qaçmamalıdırlar”, - deyə o qeyd edib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.